Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Heydər Əliyev və qadın siyasəti

0

  • 05 oktyabr 2023-cü il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin akt zalında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayına hazırlıqla bağlı “Heydər Əliyev və qadın siyasəti" mövzusunda toplantı keçirilib.Rayonun ictimai həyatında fəal rol oynayan, müxtəlif sahələrdə çalışan və evdar qadınların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə "Heydər Parkı"nda ucaldılan Ulu öndərin abidəsini ziyarət edilərək abidə önünə gül dəstələri düzülüb.Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirib ki, böyük şəxsiyyət Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman da imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin həyata keçirilməsi onun imzaladığı fərman və sərəncamlarda, xüsusilə, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın ratifikasiya edilməsində və bu Konvensiyaya Əlavə Protokolun imzalanmasında öz əksini tapmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Lamiyə Qarayeva vurğulayıb ki, bu gün  qürurla deyə bilərik ki, qadınlar rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən danışan Lamiyə Qarayeva Azərbaycan anasının yetişdirdiyi qəhrəman oğulların sayəsində torpaqlarımızı düşmən tapdağından azad etdiyimizi deyib.Sonra çıxış edən Xocalı rayon Qadınlar Şurasının sədri Ramilə Xudayarova, "Tərəqqi" medalı ilə təltif edilmiş, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin baş tibb bacısı Çiçək Quliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin əməkdaşı Səma Verdiyeva, ictimai fəal xanım Nəzakət İsmayılova və digər natiqlər mövzu ətrafında fikirlərini bildiriblər. Azərbaycan Qadınlarının VI Qurultayına hazırlıq və nümayəndələrin təyinatı ilə bağlı müzakirələr aparılıb. Sonda Ulu Öndərin qadınlarla bağlı fikirlərinin yer aldığı video-çarx nümayiş olunub. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib26 dəfə
    gürcüstan azərbaycan strateji müttəfiqlərdir

    Maraqlı gələ bilər
    120
    33
    14
    47